Modern.az

Tacikistanda üç uşaq diri-diri torpağın altında qaldı - FOTO

Tacikistanda üç uşaq diri-diri torpağın altında qaldı - FOTO

Aktual

19 May 2021, 00:22

Tacikistanda torpaq sürüşməsi beş nəfərin ölümü ilə nəticələnib. Qurbanlardan üçü uşaqdır.

 

Modern.az “Anadolu” Agentliyinə istinadla xəbər verir ki, torpaq sürüşməsi Soqdiy əyalətinin Devaştiç rayonunda kəndlərin birində baş verib.

Hadisə nəticəsində evlərdən biri torpağın altında qalıb, daha bir tikiliyə zərər dəyib.

 

Qeyd edək ki, Tacikistanda leysan yağışların yaratdığı təbii fəlakətlər nəticəsində ay başlayandan bəri azı doqquz nəfər həlak olub.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok