Modern.az

Dövlətdən ödənilən təhsil haqqı aztəminatlı ailələrin uşaqlarına şamil edilmir - Əli Məsimli 

Dövlətdən ödənilən təhsil haqqı aztəminatlı ailələrin uşaqlarına şamil edilmir - Əli Məsimli 

Təhsil

25 May 2021, 11:35

Milli Məclisin deputatı Əli Məsimli parlametin bu gün keçirilən plenar iclasında koronavirus dövründə aztəminatlı ailələrin uşaqlarının təhsil xərclərini dövlət ödədiyini qeyd edib.

 

Modern.az xəbər verir ki, deputat bu addımın müsbət qiymətləndirildiyini deyib:

 

 “Həmin humanist addım bu il də davam edəcək. Amma bir nüansı qeyd etmək istəyirəm ki, bu, adına pay torpaqları olan və həqiqətən aztəminatlı olan ailələrinin uşaqlarına şamil edilmir. Bu məsələyə yenidən baxılmasını təklif edirəm. Gəlirləri ehtiyac meyarından aşağı olan ailələrin uşaqlarının bu humanist addımdan yararlanması təmin olunsun. 5 hektara qədər torpaq sahəsi olan, amma gəlirlərinə görə aztəminatlı olan ailələrin uşaqlarının da təhsil haqları dövlət tərəfindən qarşılansın. Təhsil prioritetdir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!