Azərbaycanda benzin bahalaşıb.
Modern.az xəbər verir ki, bu gündən Aİ-95 markalı premium benzin bahalaşaraq 1 manat 40 qəpik, Aİ-98 markalı super benzin isə 1 manat 55 qəpik olub.
Qeyd edək ki, qiymət artımına qədər Aİ-95 benzini 1 manat 25 qəpiyə, Aİ-98 benzini isə 1 manat 40 qəpiyə satılırdı.