Modern.az

Bal yarmarkaları da bərpa ediləcək

Bal yarmarkaları da bərpa ediləcək

İqtisadiyyat

10 İyun 2021, 11:43

Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil edilən və pandemiya şəraiti ilə əlaqədar dayandırılan bütün yarmarkalar fəaliyyətini bərpa edəcək.


Modern
.az-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib.

 

Nazir qeyd edib ki, artıq pandemiya ilə bağlı vəziyyət yaxşılaşdıqca, bu tədbirlərin də keçirilməsinə başlanacaq:

 

“Pandemiya ilə bağlı yumşalmalar başlanıb. Sərt karantin şəraiti ilə bağlı məhdudiyyətlər daha az tətbiq edildiyi halda yarmarkalar da təhlükəsizlik tədbirlərinə riayət edilməklə təşkil ediləcək. Həm bal yarmarkaları, həm də kənd təsərrüfatının ənənəvi yarmarkaları da fəaliyyətini bərpa edəcək".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir