Modern.az

Türkiyədə 35 milyondan çox şəxsə koronavirus vaksini vurulub

Türkiyədə 35 milyondan çox şəxsə koronavirus vaksini vurulub

15 İyun 2021, 16:00

Türkiyədə bu günədək 35 milyondan çox COVID-19 peyvəndi tətbiq olunub. Otuz beş milyonuncu vaksin ölkənin Çanaqqala vilayətində bir vətəndaşa vurulub.

 

Modern.az xəbər verir ki, hazırda qardaş ölkədə vaksinasiyada yeni mərhələyə qədəm qoyulub. Bu gündən etibarən ölkənin Sosial Təhlükəsizlik Qurumunda (AGK) qeydiyyatda olan hər bir dövlət işçisi öz arzusu ilə peyvəndlənə biləcək.

 

Bununla bağlı məlumat verən Türkiyənin səhiyyə naziri Fahrettin Koca iyunun 14-də qardaş ölkədə ümumilikdə 842 min 494 doza vaksinin tətbiq edildiyini, bunun da hədəflənən dozadan 92 min 494 çox olduğunu deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok