Modern.az

Tələbələrə təhsil krediti hansı faizlə və müddətə veriləcək?

Tələbələrə təhsil krediti hansı faizlə və müddətə veriləcək?

Təhsil

18 İyun 2021, 11:10

Təhsil Tələbə Kredit Fondunun faizləri simvolik olacaq.

 

Modern.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

 

Nazir bildirib ki, sosial həssas ailələrdən olan tələbələrə verilən krebditlərin faiz dərəcəsi çox aşağı simvolik faizlərlə 1-2 faiz olacaq.

 

O qeyd edib ki, öz hesabına təhsil alan tələbələr üçün is standart paket tətbiq olunacaq və onun da faiz dərəcəsi müəyyən olunacaq:

 

“Ancaq faizlər çox aşağı dərəcədə olacaq. Fondun məqsədi odur ki, daha çox insan, o cümlədən sosial qrupa aid olan ailələrdən insanlar ali təhsil almaq imkanı əldə etsin"

 

Nazir bildirib ki, Təhsil Tələbə Kredit Fondun tərəfindən verilən krebditlər uzun müddətli olacaq:

 

"Kreditin müddəti müzakiə olunub təsdiq olunmalıdır, ancaq uzun müddətli, təxminən 20 il ərzində tələbə həmin vəsaiti geri ödəyəcək".

 

Mehri Qurban

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir