Modern.az

“Mançester Yunayted” Azərbaycanda öz akademiyasını açır

“Mançester Yunayted” Azərbaycanda öz akademiyasını açır

Aktual

8 Oktyabr 2012, 13:17

İngiltərənin məşhur futbol komandası “Mançester Yunayted” Azərbaycanda öz akademiyasını açmağa hazırlaşır. Bununla bağlı oktyabrın 15-də tədbir keçiriləcək və ətraflı məlumat veriləcək. Bəs digər məşhur komandaların ölkəmizdə öz akademiyalarını yaradacaqmı?

Bununla bağlı Modern.az-a məlumat verən AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu qeyd edib ki, bu, bizim klublardan asılıdır.

Onun sözlərinə görə, dünya futbol komandalarının Azərbaycanda təmsilçiliyinin açılması AFFA-nın deyil, klubların işidir. “Məşhur komandaların Azərbaycanda məktəb açması, akademiya yaratması bizim klublardan asılıdır. Hər hansı bir klub dünyanın istənilən klubu ilə müqavilə bağlayıb öz məktəbini aça bilər”, – deyə M. Nərimanoğlu bildirib.

Sevinc İltifatqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok