ABŞ-ın keçmiş prezidenti Donald Trampın komandası iyulun 1-də “Gettr” adlı yeni sosial şəbəkəni istifadəyə verib.
Modern.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Yeni internet platformasının təsvirində deyilir ki, onun missiyası "ləğv mədəniyyətinə qarşı mübarizə", "sağlam düşüncəni" təşviq etmək, "söz azadlığını qorumaq", həmçinin sosial şəbəkələrdəki "inhisarçılara qarşı mübarizə və real bazar yaratmaq"dan ibarətdir.
“Gettr”in inkişafına Trampın prezidentliyi dövründə baş məsləhətçisi olmuş Ceyson Miller rəhbərlik edir.