Modern.az

Müdafiə Nazirliyindən Ermənistanın sərhəddə atışma baş verib iddiasına CAVAB

Müdafiə Nazirliyindən Ermənistanın “sərhəddə atışma baş verib” iddiasına CAVAB

Qarabağ

6 İyul 2021, 15:12

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin dövlət sərhədində baş vermiş insidentlə bağlı yaydığı məlumata cavab verib.


Modern.az-ın məlumatına görə, Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılmayıb. Şəxsi heyətimiz arasında heç bir yaralanan yoxdur.

Müdafiə Nazirliyindən o da bildirilib ki, əgər Ermənistan silahlı qüvvələrində hər hansı bir itki və ya yaralı varsa, bu, yalnız öz aralarında baş verən insident nəticəsində ola bilər.


Xatırladaq ki, bir qədər öncə Ermənistan tərəfi sərhəddə baş vermiş atışma nəticəsində bir erməni və iki azərbaycanlı hərbçinin yaralandığı barədə xəbər yayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir