Modern.az

Gürcüstanda polis və jurnalistlər arasında gərginlik yaşandı

Gürcüstanda polis və jurnalistlər arasında gərginlik yaşandı

Dünya

18 İyul 2021, 14:09

Bir qrup media nümayəndəsi parlamentə daxil olmağa cəhd göstərsə də polis onlara imkan verməyib.

 

Modern.az Gürcüstan mediasına istinadla xəbər verir ki, aparıcı televiziya kanallarının nümayəndələri bu gün parlamentdə çıxışı planlaşdırılan, Daxili işlər naziri Vaxtanq Qomelauriyə etiraz etmək üçün parlamentə daxil olmaq istəyiblər. Polis isə təhlükəsizlik səbəbi ilə onları içəri buraxmadıqlarını bildirib, nəticədə polislə media nümayəndələri arasında sözlü qarşıdurma yaşanıb.

 

Qeyd edək ki, bu gün Vaxtanq Qomelauri 5-6 iyun hadisələri ilə əlaqədar parlamentdə hesabatla çıxış edəcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü