Modern.az

İŞİD terrorçuları sərhəddə qadın paltarında tutuldu

İŞİD terrorçuları sərhəddə qadın paltarında tutuldu

Dünya

25 İyul 2021, 11:38

İranın İnqilab Keşikçiləri Korpusunun bölmələri ölkənin İraqla sərhədində qadın paltarı geyinmiş bir qrup İŞİD terrorçusunu aşkar edərək saxlayıb.

 

Modern.az İran KİV-lərinə istinadla xəbər verir ki, terrorçular İraq ərazisindən İranın Xuzestan əyalətinə keçməyə cəhd edirdilər. Onların hamısı qadın geyimində və çadrada olublar.

 

İŞİD terrorçuları birinci dəfə deyil ki, ələ keçməmək üçün qadın paltarı geyinirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi