Modern.az

İngiltərədə koronavirusun yeni ştammı aşkarlandı

İngiltərədə koronavirusun yeni ştammı aşkarlandı

Dünya

25 İyul 2021, 18:00

İngiltərə Xalq Sağlamlığı Təşkilatı alimlərin ölkədə koronavirusun yeni mutasiyasını aşkarladığını bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə “The Mirror” məlumat yayıb.

 

“Bu günədək ölkə miqyasında B.1.621 mutasiyasının yoluxduğu 16 infeksiya faktı müəyyən edilib. Bunların çoxu ölkə xaricinə edilən səyahətlərlə əlaqədardır”, - mütəxəssislər bildiriblər.

 

Qeyd olunub ki, alimlər hazırda yeni ştammı təhlil edirlər. Ştammın vaksinə təsiri hələlik müəyyənləşdirilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!