Modern.az

“Twitter”dəki yenilik ləğv edildi

“Twitter”dəki yenilik ləğv edildi

Aktual

3 Avqust 2021, 16:52

“Twitter” sosial şəbəkəsində ötən ilin mart ayında təqdim edilmiş “Fleets” platformu bu gündən ləğv edilib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 saat müddətinə silinən foto və video yerləşdirmə platformu olan “Fleets” “İnstagram”dakı “Stories”in bənzəri kimi yaradılmışdı və ilkin olaraq Braziliyadakı məhdud istifadəçilər qrupu üçün açıq idi. Platform sonradan başqa ölkələri də əhatə etdi.

 

Ötən müddət ərzində bir sıra yeni funksiyaların da əlavə olduğu “Fleets” istifadəçilər arasında məşhurlaşmadığı üçün ləğv edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir