Modern.az

Tibb təhsili alanlara ikili diplom şansı yaradılır 

Tibb təhsili alanlara ikili diplom şansı yaradılır 

Təhsil

10 Avqust 2021, 13:32

Azərbaycan Tibb Universiteti ilə xarici universitetlər arasında tibb ixtisasları üzrə ikili diplom proqramının tətbiqi nəzərdə tutulur.


Modern.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev bildirib.

 

"Bir çox sahələrdə - mühəndislik, aqrar və s. ixtisaslar üzrə ikili diplom proqramı tətbiq olunur. Bizim qarşıdakı dönəmdə məqsədimiz tibb ixtisasları üzrə xarici ölkələrin universitetləri ilə əməkdaşlıq etməkdir. Sadəcə tibb ixtisasları kifayət qədər çoxspektorlu olduğundan bu məsələdə bir qədər dəqiqləşdirmə prosesi gedir. Amma yaxın gələcəkdə növbəti hədəfimiz tibb təhsili alan gənclərimizə ikili diplom imkanı yaratmaqdır", - deyə nazir vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi