Modern.az

Xəlil Rza - 80

Xəlil Rza - 80

Aktual

30 Oktyabr 2012, 16:41

Bu gün Azərbaycanın böyük istiqlal şairi və ictimai xadimi, filologiya elmləri doktoru, mərhum professor Xəlil Rza Ulutürkün anadan olmasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimi keçiriləcək. Modern.az xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında olacaq.

  Tədbirdə bir çox yüksək rütbəli dövlət nümayəndələrinin, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak edəcək, yubiley tədbirində şairin şeirləri səsləndiriləcək və sözlərinə yazılmış mahnılar ifa olunacaq.  

Qeyd edək ki, Xəlil Rza Ulutürkün 80 illik yubileyi prezident İ.Əliyevin sərəncamına uyğun olaraq keçiriləcək.  

Sevinc İltifatqızı
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir