Modern.az

Elmar Məmmədyarov - "2011-ci ilin Pozitiv Şəxsi"

Elmar Məmmədyarov - "2011-ci ilin Pozitiv Şəxsi"

Aktual

30 Oktyabr 2012, 18:13

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Sloveniyada fəaliyyət göstərən Yaxın Şərq və Balkan Araşdırmaları üzrə Beynəlxalq İnstitutun (İFİSEM) Məşvərət Şurasının vitse-prezidenti, Serbiyanın keçmiş baş naziri Zoran Jivkoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Z. Jivkoviç Elmar Məmmədyarovun İFİSEM tərəfindən “Xarici siyasət sahəsində 2011-ci ilin Pozitiv Şəxsi” adına layiq görüldüyünü bildirmiş və mükafatı təqdim edib.   

Nazir mükafata görə qarşı tərəfə dərin minnətdarlıq bildirib. E.Məmmədyarov ölkəmizin Balkan ölkələri ilə müxtəlif sahələrdə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb.  

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok