Modern.az

“Taliban” yeni konstitusiya hazırladı - DETALLAR

“Taliban” yeni konstitusiya hazırladı - DETALLAR

Dünya

17 Sentyabr 2021, 22:31

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı ölkənin yeni konstitusiyasını hazırlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə konstitusiyanın surətini əldə edən Əfqanıstanın “Aamaj News” agentliyi məlumat yayıb.

 

Konstitusiya “Əfqanıstan İslam Əmirliyi”nin əsas prinsiplərini müəyyən edir. Sənəd 12 fəsil və 179 bənddən ibarətdir. Yeni konstitusiyada qanunlar sünniliyin ən geniş yayılmış hüquq məktəblərindən biri olan hənəfilik məzhəbinə əsaslanır.

 

Konstitusiyaya əsasən, bütün Əfqanıstan vətəndaşları heç bir ayrı-seçkilik olmadan bərabər hüquqlara malik olacaqlar. Hökumətə İslam elminin inkişafı və dini məktəblərin yaradılması tapşırılıb. Əsas qanunda yeni Əfqanıstan bayrağının ağ rəngdə olduğu müəyyən edilib. Ölkənin rəsmi dilləri puştu və dari olacaq, orta məktəblərdə ərəb dili tədris olunacaq.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir