Modern.az

Deputatlar polisi belə döydülər - FOTO

Deputatlar polisi belə döydülər - FOTO

Aktual

12 Noyabr 2012, 10:28

Dünən Türkiyədə BDP-li millət vəkillərinin və partiya üzvlərinin keçirdikləri etiraz aksiyasında deputatlarla polis arasında kütləvi dava düşüb. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, aksiyanın qarşısını almaq istəyən polis əməkdaşları deputatlar tərəfindən döyülüblər. Millət vəkili Özdal Üçer polis əməhdaşına yumruq zərbələri ilə ciddi xəsarət yetirib.

Qeyd edək ki, artıq Türkiyədə bir neçə gündür BDP-li millət vəkillərinin də qatıldığı aclıq aksiyası ictimaiyyət arasında böyük rezonans doğurub. Etiraz aksiyalarının geniş şəkildə davam edəcəyi bildirilir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok