Modern.az

Moskvanın elit restoranında atəş açmış azərbaycanlı yaxalanıb - FOTOLAR

Moskvanın elit restoranında atəş açmış azərbaycanlı yaxalanıb - FOTOLAR

13 Noyabr 2012, 11:06

Moskvanın elit “Safisa” restoranında təşkil olunmuş toyda tapançadan atəş açmış azərbaycanlı saxlanılıb. Modern.az rus mediasına istinadən xəbər verir ki, şübhəli şəxs qismində yaxalanan şəxs 18 yaşlı Seymur Nəbizadədir. Öz biznesi olan bu gənc sahibkar həm də güləş üzrə Moskva çempionatının qalibi kimi tanınır.

Seymur Nəbizadə toy kortejinin keçidi zamanı havaya atəş açmış şəxslərdən biri kimi yaxalanıb. Hadisə yerindən götürülmüş 5 giliz atəşlərin “Makarov” tipli tapançadan açılması ehtimalını doğurur.



Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir