Modern.az

İrana getmək istəyənlərin NƏZƏRİNƏ

İrana getmək istəyənlərin NƏZƏRİNƏ

25 Sentyabr 2021, 14:15

“İran turizm sənayesini dirçəltmək üçün viza məhdudiyyətlərini aradan qaldırır”.

 

Modern.az xəbər verir ki, bunu İranın yeni təyin olunan turizm və mədəni irs naziri İzətullah Zərqami deyib.

 

O bildirib ki, koronavirusa qarşı hər iki doza peyvənd vurduran xarici qonaqlar COVID pasportunu təqdim etməklə sərbəst şəkildə ölkəyə gələ biləcəklər.

 

Qeyd edək ki, İranın keçmiş hökuməti koronavirus pandemiyası ilə əlaqədar ölkəyə daxil olmaq üçün viza məhdudiyyətləri tətbiq etmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi