Modern.az

Kraliça “İlin yaşlısı” mükafatını RƏDD ETDİ

Kraliça “İlin yaşlısı” mükafatını RƏDD ETDİ

Aktual

20 Oktyabr 2021, 16:41

Kraliça II Elizabet “İlin yaşlısı” mükafatını rədd edib. Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İngiltərədə yayımlanan “The Oldie” jurnalı onu bu mükafata layiq görsə də, 95 yaşlı kraliça bundan imtina edib.

 

Onun şəxsi köməkçisi jurnala ünvanladığı məktubda bildirib ki, kraliça insanın hiss etdiyi yaşda olduğuna inanır:

 

“Bu səbəbdən mükafatı qəbul etmək üçün müvafiq meyarlara cavab verdiyini düşünmür və daha dəyərli bir alıcı tapacağınıza ümid edir. II Elizabetin aprel ayında vəfat edən həyat yoldaşı Şahzadə Philip bu mükafata 2011 -ci ildə 90 yaşında layiq görülmüşdü”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…