Modern.az

Rusiya miqrantlara ömürlük giriş qadağası qoyur

Rusiya miqrantlara ömürlük giriş qadağası qoyur

Təhsil

30 Noyabr 2012, 14:22

Rusiyada miqrasiya qanunvericiliyni pozan və məhkəmə qərarı ilə ölkəyə girişinə 5 il qadağa qoyulan əcnəbilərlə bağlı sərt qanun layihəsi hazırlanıb. Modern.az-ın rus KİV-lərinə istinadən xəbər verir ki, Dövlət Dumasına təqdim olunan yeni qanun layihəyə əsasən, yolverdiyi qanun pozuntusuna görə, məhkəmənin qərarı ilə girişinə qadağa qoyulan şəxs 30 gün müddətinə ölkəni tərk etməsə o, ömürlük Rusiya ərazisinə buraxılmayacaq.

Yeni qanunda miqrantlar üçün bəzi istisnalar nəzərdə tutulub. Belə ki, səhhətində yaranan problemlərlə, yaxud təbii fəlakətlərlə və s. əlaqədar Rusiyadan çıxması mümkün deyilsə, ona müəyyən güzəştlər ediləcək.

Qeyd edək ki, rəsmi Moskva qeyri-leqal miqrantlara qarşı mübarizədə ciddi qanun pozuntularına yol verən şəxslərin ölkəyə girişinə qoyulan qadağanı 5 ildən 10 ilədək uzatmaq niyyətindədir.

Bir milyondan çox azərbaycanlının Rusiyada yaşadığını nəzərə alaraq sözügedən qanun ölkəmizdən təsirsiz ötüşməyəcək.

Anar Rüstəmov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!