Modern.az

Tacikistanda hərbi təlimlər BAŞLAYIR

Tacikistanda hərbi təlimlər BAŞLAYIR

Dünya

15 Noyabr 2021, 13:14

Noyabrın 17-19-da Tacikistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Operativ Reaksiya Qüvvələri (KORQ) xüsusi təyinatlılarının “Kobalt-2021” birgə təlimləri keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

 

Təlimlərin keçirilməsində məqsəd təhlükəsizlik zonalarında birgə əməliyyat-döyüş fəaliyyətlərinin hazırlanmasıdır.

 

Qeyd edək ki, təlimlər zamanı Rusiya hərbçiləri Ermənistan, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstandan olan həmkarları ilə birlikdə terrorçuların məhv edilməsi əməliyyatını işləyəcəklər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir