Modern.az

“Böyük İpək Yolu”nun üzvləri Qazaxıstan parlamentində - FOTO

“Böyük İpək Yolu”nun üzvləri Qazaxıstan parlamentində - FOTO

Təhsil

1 Dekabr 2012, 15:04

“Tarixi İpək Yolu üzərində yerləşən ölkələr arasında əlaqələrin bərpa edilməsi çox yaxşı ideyadır”. Bu sözləri Qazaxıstan Parlament Senatının vitse-spikeri Aleksandr Sudin “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının prezidenti Fuad Muradovun başçılığı ilə 22 üzv dövlətin nümayəndələri ilə keçirilən görüşdə bildirib.

“Böyük İpək Yolu” BGİ-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Astanada 22 ölkənin iştirakı etdiyi Üzvlər Şurasının birinci iclasının iştırakçılarının Qazaxstan parlamentində keçirilən görüşündə təşkilatın prezidenti, Azərbaycan Milli Məclisinin üzvü Fuad Muradov, Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev, “Böyük İpək Yolu” BGİ-nin vitse-prezidenti, Misirin Gənclər Nazirliyinin məsul işçisi Muhammed -əl-Şazlı və üzv ölkələrin nümayəndələri iştirak edib.
Qazaxıstan tərəfindən görüşdə Senat sədrinin müavini Aleksandr Sudin,  sosial-mədəni inkişaf komitəsinin sədri Axan Bijanov, komitənin katibi Xusain Valiev, Elm və Təhsil Nazirliyinin gənclərlə iş üzrə komitəsinin sədri Nurlan Utışev iştirak edib.
Çıxış edən deputat Fuad Muradov “Böyük İpək Yolu” BGİ-nin üzv ölkələrin gəncləri arasında interqrasiyasındakı rolundan və təşkilatın prioritet istiqamətlərindən danışıb.  “Bu gün bizim təşkilatdan savayı Asiyanı, Afrikanı, Avropa ilə birləşdiriməyi qarışına məqsəd qoymuş başaqa bir qurum yoxdur. Müxtəlif mədəniyyətləri, dini baxışları, ənənələri olan gəncləri birləşdirən “Böyük İpək Yolu”nun əsas məqsədi sülh və dostluq mesajlarıdır”-deyə F.Muradov vurğulayıb.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında bildirib ki, “Böyük İpək Yolu” BGİ-nin məqsədləri kifayət qədər maraqlı və cəlbedicidir. “Bu təşkilat böyük perspektivlər vəd edən unikal layihədir. Müxtəlif  dini, dili, ənənəsi olan 25 ölkə vahid mövqeyə gələ bilib. Bu çox sevindirici haldır”-deyə İ.Babayev qeyd edib.
İ.Babayev Qazaxstnala əlaqələrin kifaət qədər yaxşı və məhsuldar olduğunu vurğulayıb. Nazir müavini Azərbaycan və Qazaxıstan Gənclər Forumunun keçirilməsini təklif edib.
“Azərbaycanla Qazaxıstanı çox möhkəm dostluq əlaqələri birləşdirir. Bizim ölkələrimizin bu yaxınlığının çox dərin və tarixi kökləri var”-deyən Senat sədrinin müavini Aleksandr Sudin bildirib. Onun sözlərinə görə, “İpək Yolu” bütün dünyanı maraqlandıran bir layihəyə çevrilib. Vitse-spiker bildirib ki, Qazaxıstan tərəfi üzərinə düşən bütün işləri bundan sonra da görməyə hazırdır.
Görüşdə bildirlirib ki, gənclər arasında təcrübə mübadiləsi indi çox mühüm əhəmiyyət daşıyır.  “İpək Yolu qitəni birləşdirən böyük bir yol olub. Bu tarixi yol ilə bütün dünya  bir-birinə bağlanıb”-deyə lomitə sədri Xuasin Valiev vurğulayıb.  Görüşün sonunda Qazaxstan parlamentinin Senatına “Böyük İpək Yolu” BGİ-nin xatırə hədiyyələri təqdim olunub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü