Modern.az

Boşanmaq istəyənlərin 40 faizi fikrindən daşınıb - RƏSMİ

Boşanmaq istəyənlərin 40 faizi fikrindən daşınıb - RƏSMİ

Ölkə

8 Dekabr 2021, 16:30

“Ailə münasibətlərinin qorunması istiqamətində Ədliyyə Nazirliyinin təşəbbüsü ilə nikahın pozulması üçün qeydiyyat şöbələrinə müraciət etmiş şəxslər üçün psixoloqların mediasiya xidmətləri təşkil edilir”.

 

Modern.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova bildirib.

 

“Görülən tədbirlər nəticəsində söhbətlərə cəlb edilmiş həmin şəxslərin təxminən 40%-i boşanma fikrindən daşınıblar” , - deyə xidmət rəisi qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü