Modern.az

Bakıda 3 polis əməkdaşı bıçaqlanıb

Bakıda 3 polis əməkdaşı bıçaqlanıb

13 Dekabr 2012, 13:02

Axtarışda olan Masallı rayon sakini Ramin Eynalov tutularkən 3 polis əməkdaşına və özünə bıçaqla xəsarət yetirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, dekabrın 12-də Xəzər RPİ əməkdaşları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsini ələ keçirmə) maddəsi ilə axtarışda olan Masallı rayon sakini Ramin Eynalovun Mərdəkan qəsəbəsinin ərazisindəki yeni tikilmiş evlərdən birində yaşayan qardaşı Sahibin evində gizlənməsi müəyyən edilib.

R.Eynalovun tutulması üçün həmin ünvana 3 nəfərdən ibarət əməliyyat qrupu gəlib.

R.Eynalov saxlanılarkən qardaşı Sahiblə birgə bıçaq və küt alətlərlə polis əməkdaşlarına hücum edib və onlara xəsarət yetiriblər. Sonradan R.Eynalov bıçaqla özünə qarın nahiyəsindən xəsarət yetirib.

Görülmüş tədbirlər nəticəsində Sahib tutulmuş, R.Eynalov isə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!