Modern.az

İcbari tibbi sığortaya müraciət edənlər ARTIB

İcbari tibbi sığortaya müraciət edənlər ARTIB

Aktual

21 Yanvar 2022, 14:49

“İcbari Tibbi Sığortanın tətbiqi ilə bağlı əlçatanlığın artması istiqamətində atılan addımların nəticəsidir ki, xəstəxanalara pandemiya olmasına baxmayaraq, müraciət edənlərin sayı xeyli artıb”.

 

Modern.az xəbər verir ki, bunu Respublika Klinik Xəstəxananın direktoru Azər İsmayılov bildirib.

 

Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqindən sonra təxminən 250 min vətəndaş müraciət edib:

 

“Bunların içərisində ən önəmli məqamlardan biri odur ki, 6 min cərrahi prosedur həyata keçirilib. O cümlədən, 15 minin üzərində vətəndaş təcili yardıma müraciət edib. Sadalanın rəqəmlər ötən illə müqayisədə təxmini 30 faiz çox vətəndaşa xidmət göstərilməsi deməkdir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var