Modern.az

Kərim Şükürov Ramiz Mehdiyevin iclasına GƏLMƏDİ

Kərim Şükürov Ramiz Mehdiyevin iclasına GƏLMƏDİ

Hadisə

21 Yanvar 2022, 15:16

“Kərim müəllimin telefonu sönülüdür. Gün ərzində dəfələrlə onunla əlaqə saxlamağa çalışmışam”.

 

Bunu Modern.az -a açıqlamasında AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli deyib.

 

Onun sözlərinə görə, AMEA-nın Tarix İnstitutunun baş direktoru Kərim Şükürov bu gün işə də gəlməyib:

 

“Kərim müəllimin istefa haqqında verdiyi ərizə Ramiz Mehdiyevin sədirliyi ilə keçirilən iclasda müzakirə olundu. Qərara alındı ki, istefa ərizəsi qəbul olunmasın”.

 

İ.Həbibbəyli qeyd edib ki, Kərim Şükürov iclasda iştirak etməyib:

 

“Kərim müəllimlə əlaqə saxlaya bilmədik. Amma o ərizəsini yazıb, göndərib. Onun göndərdiyi ərizə iclasda müzakirə olundu. Qərar qəbul olundu ki, Kərim müəllim fəaliyyətini davam etdirsin və İnstitutda olan nöqsanları özü aradan qaldırsın”.

 

Qeyd edək ki, R.Mehdiyev yanvarın 19-da Rəyasət Heyətinin iclasında Tarix İnstitutunun fəaliyyətini sərt tənqid edib. O, Tarix İnstitutunda qeyri-sağlam iş mühitinin hökm sürdüyü, elmi mühitin sıradan çıxdığı iddiası ilə çıxış edib və institut rəhbərliyinə xəbərdarlıq ünvanlayıb.

 

K.Şükürov isə yanvarın 20-də R.Mehdiyevin səsləndirdiyi fikirlərə münasibət bildirib. O, R.Mehdiyevi məişət səviyyəli intriqalar ilə məşğul olmaqda və onu akademiyanın gündəliyinə çevirməkdə ittiham edib.

 

Tarixçi alim yanvarın 21-də akademiyadakı vəzifələrindən istefa verəcəyini açıqlamışdı. Professor bu addımı akademiyanın prezidenti Ramiz Mehdiyevin onun və rəhbərlik etdiyi institut haqqında səsləndirdiyi qeyri-adekvat fikirlərə etiraz əlaməti olaraq atdığını bildirmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var