Modern.az

Bu küçələr təmirə bağlanır

Bu küçələr təmirə bağlanır

Aktual

21 Yanvar 2022, 15:46

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı şəhəri, Yasamal rayonunda 7 küçənin əsaslı şəkildə təmirinə başlayıb.

 

AAYDA-dan Modern.az-a verilən məlumata görə, Yasamal rayonu Bəsti Bağırova və Məhəmməd Naxçıvani küçələrində, həmçinin kəsişən daha 5 küçənin əsaslı təmirinə olunur. Yenidənqurma işlərinin aparılacağı küçələrin uzunluğu 1777 metrdir.

 

Təmir-bərpa işlərinə Bəsti Bağırova küçəsində start verilib. Küçənin uzunluğu 450 metr, hərəkət hissəsinin eni ortalama 14.5 metr təşkil edir.

 

Rəsmi məlumata görə, küçələrin təmiri AAYDA tərəfindən BNA-nın pilot layihəsi əsasında aparılır.

 

İşlər çərçivəsində icra olunur:

 

- köhnə örtüyün üst qatının frezlənərək kənara daşınması;

 

- yararsız səki daşlarının sökülməsi;

 

- 1100 p/metr yeni səki daşının düzülməsi;

 

- yeni piyada səkilərinin tikintisi.

 

Yenidənqurma işləri çərçivəsində küçə üzrə təşkil olunacaq:

 

- 8390 kv.m sahədə piyada səkiləri;

 

- 6530 kv.m sahədə hərəkət hissə.

 

Küçə boyu nəzərdə tutulub:

 

- yağış-kanalizasiya sisteminin bərpa olunması;

 

- yeni yağış barmaqlıqlarının,

 

- kommunikasiya xətlərinə 78 yeni baxış qapağının qoyulması.

 

Yenidənqurma işlərinin son mərhələsində icra olunacaq:

 

- zəruri yol nişanları;

 

- üfiqi nişanlanma xətləri;

 

- piyada zolaqları;

 

- xüsusi parkinq yerləri.

 

Mərhələli şəkildə yenidən qurulacaq:

 

1. Məhəmməd Naxçıvani küç.(462m)

2. Giləzi küç.(110m)

3. Murtuza Muxtarov küç.(329m)

4. Cabbar Qaryağdıoğlu küç.(188m)

5. Mirzə Fətəli Axundov küç.(119)

6. Mustafa Sübhi küç.(119m)

 

Qeyd edək ki, AAYDA son 3 il ərzində Yasamal rayonunda 20 km-dən çox küçəni təmir edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var