Modern.az

Karantin müddətinin azaldılması yoluxmanı artırmayacaq - RƏSMİ

Karantin müddətinin azaldılması yoluxmanı artırmayacaq - RƏSMİ

Ölkə

24 Yanvar 2022, 14:15

Bu gündən etibarən Azərbaycanda test nəticəsi “müsbət” olan şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddəti 14 gündən 7 günə azaldılıb.

 

Kliniki Tibbi Mərkəzin (KTM) baş infeksionisti Fərrux Sədirov Modern.az-a bildirib ki, hazırda əksər dünya ölkələrində karantin müddəti 7 günə endirilib:

 

“Çünki son tədqiqatların nəticələri göstərir ki, xəstəliyin həm inkubasiya dövrü, həm də yoluxdurma müddəti 6-7 gün çəkir. Bu müddətdən sonra isə xəstə digərlərini yoluxdurmur. Xatırlatmaq istəyirəm ki, bundan əvvəl də Amerikada xəstəliyi yüngül formalarda keçirənlərin karantin müddəti 7-10 gün, ağır formada keçirənlərin isə 14-21 gün idi”.

 

F.Sədirov əlavə edib ki, yeni qərarın verilməsi “Omicron” ştamı ilə əlaqədardır:

 

"Bu səbəbdən də karantin müddətinin azaldılması düzgün addımdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var