Modern.az

Əzəmət Mikayılova qardaşı ilə yaşamaqdan imtina edib - RƏSMİ

Əzəmət Mikayılova qardaşı ilə yaşamaqdan imtina edib - RƏSMİ

Aktual

25 Yanvar 2022, 10:35

Ötən gün sosial şəbəkələrdə  Ağsu rayonunun Ərəbmehdibəy kəndi ərazisində 10 ildir vəhşi heyvanlarla dolu  çöllükdə baxımsız və kimsəsiz vəziyyətdə yaşayan ahıl qadın haqqında Rayon İcra Hakimiyyəti açıqlama verib.

 

Modern.az xəbər verir ki, açıqlamada Əzəmət Mikayılovanın 1990-cı ildə atası ilə birlikdə heyvandarlıq fermasında işləmək üçün Kürdəmir rayonundan Ağsu rayonunun Ərəbmehdibəy kəndinə gəldiyi bildirilib.

 

Qeyd edilib ki, sonralar aidiyyəti dövlət orqanları tərəfindən tənha yaşadığı və qayğıya ehtiyacı olduğu nəzərə alınaraq vətəndaş Əzəmət Mikayılova Kürdəmir rayonunda yaşayan qardaşına təhvil verilib:

 

“Buna baxmayaraq, Əzəmət Mikayılova qardaşı ilə birlikdə yaşamaqdan imtina edib və yenidən Ərəbmehdibəy kəndinə qayıdaraq orada tənha yaşamağa davam edib. Əlavə olaraq bildirilib ki, səhhətində  problemlər olduğundan vətəndaş Əzəmət Mikayılova “Ağsu Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi tərəfindən müayinə və müalicə olunması məqsədilə xəstəxanaya göndərilib”.

 

Sosial Xidmətlər Agentliyinin yayadığı məlumata görə, qurum əməkdaşları Əzəmət Mikayılovanın yaşadığı əraziyə baş çəkib.

 

Rəsmi məlumatda bildirilib ki, Əzəmət Mikayılovanın yerində ilkin müayinəsi üçün əraziyə tibbi-həkim briqadası da dəvət olunub:

 

"Vətəndaşın ilkin müayinəsi aparılaraq, Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti nümayəndəsi və təcili tibbi yardım əməkdaşlarının iştirakı ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Buradan isə onun səhhətində olan problemlər nəzərə alınaraq, aidiyyəti ixtisaslı tibb müəssisəsinə göndərildi. Əzəmət Mikayılova barəsində məlumat verən hər kəsə və o cümlədən, onunla bağlı prosesdə iştirak edən aidiyyəti qurumların əməkdaşlarına təşəkkür edirik!”

Twitter
Sizə yeni tvit var
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var