Modern.az

Biabırçı VİDEOnun çəkildiyi məktəb bilindi - Direktor nazirliyə ÇAĞIRILDI

Biabırçı VİDEOnun çəkildiyi məktəb bilindi - Direktor nazirliyə ÇAĞIRILDI

26 Yanvar 2022, 13:33

Sosial şəbəkələrdə sinif otağında şagirdlərin müəllimə qarşı xoşagəlməz hərəkətlərini əks etditən videogörüntülərin 165 saylı orta məktəbdə qeydə alındığı məlum olub.

 

Təhsil eksperti Kamran Əsədov Modern.az-a açıqlamasında həmin hadisənin baş verdiyi məktəbi müəyyən etmək üçün 4 məktəbdə araşdırma apardığını söyləyib:

 

“Araşdırmalarım nəticəsində ötən gün sosial şəbəkələrdə yayılan videogörüntünün Bakı şəhəri Xətai rayonunda yerləşən 165 nömrəli tam orta məktəb olduğunu öyrəndim. Hazırda məktəbdəyəm".

 

K.Əsədov sözügedən məktəbin direktorunun Təhsil Nazirliyinə çağrıldığını açıqlayıb.

 

Məktəbdən verilən məlumatda bir neçə videonun montaj vasitəsilə birləşdirildiyi qeyd edilib. Eyni zamanda bildirilib ki, Xətai Rayon Polis İdarəsi tərəfindən şagirdlərin üzr videosu çəkiləcək. 

 

Məsələni dəqiqləşdirmək üçün Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovla əlaqə saxlamağa çalışsaq da, mövzu ilə bağlı sorğumuza cavab ala bilmədik.

 

Qeyd edək ki, C.Valehov ötən gün verdiyi açıqlamada hadisənin Azərbaycanda olub-olmaması ilə bağlı məlumat əldə edə bilmədiklərini qeyd etmişdi.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var