Modern.az

Bakıdan İstanbula aviareyslər bərpa olundu

Bakıdan İstanbula aviareyslər bərpa olundu

Aktual

26 Yanvar 2022, 17:08

Bakı-İstanbul marşrutu üzrə təxirə salınan hər üç reysin sərnişinləri təyinat hava limanına AZAL-ın ən böyük geniş füzelyajlı təyyarəsi olan "Airbus A340" ilə yola düşüblər.

 

Aviaşirkətdən Modern.az-a verilən məlumata görə, AZAL-ın İstanbul-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərinin sərnişinləri eyni təyyarə ilə Bakıya qayıdacaqlar.

 

Xatırladaq ki, güclü qar yağması səbəbindən İstanbul hava limanı fəaliyyətini dayandırmış, AZAL-ın bir neçə reysi gecikmiş və təxirə salınmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İbrahim Rəisinin öl*mündə sirli məqamlar