Modern.az

Veteran məşqçi vəfat etdi

Veteran məşqçi vəfat etdi

Aktual

9 Fevral 2022, 12:52

Azərbaycanın bədii gimnastika üzrə əməkdar məşqçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Nina Hacıbəylinskaya 95 yaşında dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu haqda Azərbaycan Gimnastika Federasiyası (AGF) məlumat yayıb. 

 

AGF bütün gimnastika ictimaiyyəti adından mərhumun ailə üzvlərinə dərin hüznlə baş sağlığı verib və onlara səbr diləyib.

 

Qeyd edək ki, Nina Fyodorovna Hacıbəylinskaya Azərbaycanın bədii gimnastika üzrə SSRİ idman ustası, SSRİ çempionatının bürünc medalçısı, Ümumittifaq dərəcəli hakimi olub. O, yeniyetmələr, gənclər və böyüklər üzrə yığma komandaların baş məşqçisi kimi fəaliyyət göstərib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir