Modern.az

“Belə sistem rüşvətə yol açır, elmə marağı məhv edir” – Alimdən ETİRAZ

“Belə sistem rüşvətə yol açır, elmə marağı məhv edir” – Alimdən ETİRAZ

Aktual

10 Fevral 2022, 08:42

Bildiyimiz kimi, elmi dərəcələr sovet dönəmində iki pilləli idi: elmlər namizədi və elmlər doktoru. Müstəqillik illərində “elmlər namizədi” “fəlsəfə doktoru” ilə əvəzləndi. Amma elmi dərəcələr eynilə sovet dönəmində olduğu kimi, yəni ikipilləli olaraq qalmaqdadır. Bu isə əksər hallarda elmin inkişafına əngəl kimi qiymətləndirilir. 

 

Bəs, sovet dövründən qalan ənənədən necə imtina edə bilərik?

 

AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva Modern.az-a açıqlamasında bildirib ki, əslində bu kimi ad dəyişmələri ilə elmi işlərin keyfiyyətini yüksəltmək, dünya, xüsusilə bu sahədə daha öncül mövqedə olan Avropa elmi səviyyəsinə yetişmək mümkün deyil.

 

Onun sözlərinə görə, təhsilin səviyyəsi hazırkı halda qalacağı təqdirdə elmi inkişaf, dünya elmi fikrinin önəmli bir hissəsi olmaq, dünya elmi məkanına inteqrasiya mümkün olmayacaq:

 

“Elm və təhsil əlaqəli şəkildə yenidən qurulmalıdır. O zaman artıq bu kimi çoxpilləli seçimə də lüzum qalmaz. Hazırda ikipilləli sistemdən hətta keçmiş sovetlər məkanında da çox istifadə olunmur, bir çox ölkə doğru olaraq bundan imtina edir”.

 

S.Şıxıyeva bildirib ki, ikipilləli müdafiə sistemi bizdə çoxsaylı neqativlərə münbit zəmin yaradır:

 

“Heç kimin oxumadığı gərəksiz sənədlər toplamına, çoxpilləli rüşvətə yol açır, süründürməçilik insanların elmə marağını kökündən məhv edir. Buna görə də fəlsəfə doktorları arasında beynəlxalq standartlara uyğun seçim edilməli, haqqı çatanların, məhsuldarlığı imkan verənlərin ikinci adı (elmlər doktoru) verilməli, professor adı bizə daha yaxın olan Türkiyədəki meyarlarla təqdim olunmalıdır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir