Modern.az

Gözəllik kraliçası narkobaronessa imiş…

Gözəllik kraliçası narkobaronessa imiş…

Təhsil

24 Fevral 2010, 16:55

Dünyanın ən böyük narkotika şəbəkələrindən birinin başında maniken qadın dayanırmış. Xarici mediaya istinadən Modern.az xəbər verir ki, Kolumbiya polisinin üzə çıxardığı narkotik maddə qaçaqçıları şəbəkəsinə alt paltarları manikeni 30 yaşlı Angie Sanselmente Valensiyanın başçılıq etdiyi məlum olub.

 

Araşdırmalara əsasən, gözəllik yarışlarında şöhrət qazanan, nəhayət 2000-ci ildə Kolumbiyanın “Qəhvə kraliçası” seçilən Valensiya sənətini buraxaraq gizli narkobiznesə qoşulub. Qısa müddətə bu sahədə nüfuz qazanan maniken gözəl qadınlardan ibarət şəbəkə yaradaraq başına keçib.

 

Bundan sonra Valensiya Kolumbiya və Meksikadan aldığı narkotik maddələri aylıq 1300 sterlinq əməkhaqqı verdiyi qadınların çantalarında Avropaya göndərib. Hazırda araşdırmalar davam edir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!