Modern.az

İctimai Palata gənclərlə bağlı bəyanat verdi

İctimai Palata gənclərlə bağlı bəyanat verdi

Aktual

20 Fevral 2013, 17:39

İctimai Palatanın Koordinasiya Şurası gənc hərəkatçılara qarşı təzyiqlərlə bağlı bəyanat verib. Modern.az-ın məlumatına görə, bəyanatda bildirilib ki, Azərbaycan demokratiyasının avanqardı olan gənclər hərəkatı fəallarına qarşı  “məhkəmə cərimələri” nə başlanıbdır.

Qeyd olunub ki, 12 və 26 yanvar - orduda əsgər ölümləri və İsmayıllı hadisələrinə dəstək aksiyalarının iştirakçılarına münasibətdə qeyri-adekvat dərəcədə böyük cərimələr tətbiq edərək, həmin şəxslərin və valideynlərinin şəxsi əşyalarını müsadirə etməyə başlanılıb.

İctimai Palatanın Koordinasiya Şurası “məhkəmə” pərdəsi altında həyata keçirilən bu hərəkəri pisləyir.

İctimai Palatanın Koordinasiya Şurası bəyan edir ki, Azərbaycanın mübariz gəncliyinin tərəfindədir və onların müdafiəsi üçün bütün addımlara hazırdır və dəstək kampaniyalarında fəal şəkildə iştirak edəcəkdir.  İctimai Palatanın Koordinasiya Şurası bütün demokratik düşərgəni və mütərəqqi qüvvələri, şəxsləri elan olunacaq müdafiə tədbirlərinə qoşulmağa çağırır.

A.RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək