Modern.az

Elmar Məmmədyarov həmsədrlərə iradını bildirdi

Elmar Məmmədyarov həmsədrlərə iradını bildirdi

2 Mart 2013, 22:52

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri İan Kelli, Jak For, İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər.

Görüşdə bir sıra məsələlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət müzakirə edilib.

Həmsədrlər regiondakı status-kvonun qəbulolunmaz olduğunu bir daha vurğulayıblar.

Xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın qeyri-konstruktiv mövqeyinin münaqişənin həllinə mane olduğunu qeyd edərək, sülh prosesinin irəliləməsi, bütün regionda sülh və sabitliyin bərqərar olunmasına zəmin yaradılması üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılmasının zəruri olduğunu vurğulayıb.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!