Modern.az

İki İran agenti ilə bağlı istintaq gedir

 İki İran agenti ilə bağlı istintaq gedir

Təhsil

6 Mart 2013, 13:42

İran xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş və müvafiq şəkildə təlimatlandırılaraq kəşfiyyat tapşırıqlarının icrasına yönəlmiş iki nəfər barəsində istintaq tədbirləri davam etdirilir.

Modern.az xəbər verir ki, bu barədə hökumətin parlamentə təqdim edilmiş hesabatında qeyd olunur. Sənəddə bildirilir ki, həyata keçirilən antiterror tədbirləri nəticəsində ictimai xadimin həyatına son qoymaq, terror aktı hazırlığında küllü miqdarda qanunsuz odlu silah əldə edilməsində təqsirli bilinən 5 nəfərdən ibarət qrup ifşa olunub. İran xüsusi xidmət orqanlarlı ilə əlaqəsi olan həmin qrupun 3 üzvü  məkhəmənin hökmü ilə müxtəlif müddətlərə azadlıqdan məhrum edilib.

Nazirlik istintaq baş idarəsi tərəfindən ümumilikdə 438 şəxs barəsində 123 cinayət işinin istintaqı aparılıb. Həmin cinayət işlərindən 131 şəxs barəsində 45 iş üzrə müvafiq ittiham aktları məhkəmətə verilmək üçün Baş Prokurorluğa göndərilib.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!