Modern.az

Elşad Abdullayev yeni video yaydı - VİDEO

Elşad Abdullayev yeni video yaydı - VİDEO

12 Mart 2013, 16:19

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev “Azadlıq” qəzetinə yeni videoçəkiliş də göndərib. 
Modern.az “Azadlıq”a istinadən bildirir ki, Elşad Abdullayevin bu dəfə göndərdiyi videoda onun MTN əməkdaşı Rəsul Rəsulovla söhbəti əksini tapır. Kadrlar 28 fevral 2009-cu ildə qeydə alınıb. Söhbət zamanı E.Abdullayev qardaşı Mahir Abdullayevin geri qaytarılması və digər vədlərlə ondan pul almış şəxslərlə bağlı materailları və videodiskləri R.Rəsulova təqdim edir. Sonda isə R.Rəsulova E.Abdullayevə ondan nələri təhvil aldığına dair öz dəst-xətti ilə yazıb imzaladığı sənəd verir.
E.Abdullayev videonu müşaiyət edən arayışında qeyd edir ki, R.Rəsulov M.Abdullayevin işi üzrə ötən ilin oktyabrında yaradılan Müstəqil İstintaq Komissiyasının üzvüdür.



Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?