Modern.az

Fransada döyülən 2 azərbaycanlı prokurorluğa müraciət edib

Fransada döyülən 2 azərbaycanlı prokurorluğa müraciət edib

13 Mart 2013, 10:36


Parisdəki “Azərbaycan Evi”nin rəhbəri Mirvari Fətəliyeva Modern.az-a açıqlamasında hələlik onların işi ilə bağlı bir yeniliyin baş vermədiyini, sənədlərinin hələ jandarmada olduğunu qeyd edib. O bildirib ki, iş hələlik prokurorluğa getməyib.
“Prokurorluğa artıq yeni bir şikayət göndərmişik. Hazırda bundan başqa təzə xəbər yoxdur. Jandarma hələlik anket sorğusu aparır”.

Bu tip proseslərin Fransada uzun çəkdiyini deyən M. Fətəliyeva qeyd edib ki, onların işi bir-iki il çəkə bilər.
“Bunun sonucunun nə vaxt necə olacağını demək çətindir. Biz bu yola düşmüşük və axıra qədər də getmək niyyətindəyik”.

Mirvari Fətəliyeva vurğulayıb ki, Azərbaycanın Fransadakı səfirliyi və Diaspor Komitəsi daim onlarla maraqlanır: “Dövlət tərəfindən dəstək alırıq”.

Qeyd edək ki, Fransa Milli Assambleyasının binasında “Sumqayıt hadisələrindən 25 il sonra: hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” mövzusunda yığıncaq keçirilib. Yığıncaqda “Sumqayıt hadisələri” zamanı “həlak” olan ermənilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilərkən orada iştirak edən Parisdəki “Azərbaycan evi”nin sədri Mirvari Fətəliyeva və tələbə Vüsal Hüseynov ayağa qalxmayıblar. M. Fətəliyeva və V. Hüseynovun əsl genosidin – Xocalıda baş verdiyini bəyan etmələri erməniləri qəzəbləndirib və onlar hər iki azərbaycanlını möhkəm döyərək ağır bədən xəsarəti yetiriblər.

Aytən Əliyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?