Modern.az

MKM “10-luğ”na düşməyən yazıçı: “Əgər onlar düz adamdırsa...”

MKM “10-luğ”na düşməyən yazıçı: “Əgər onlar düz adamdırsa...”

Aktual

28 Mart 2013, 15:02

MKM-də “qısa siyahı”na düşməyən yazarlardan bir-bir etiraz notları gəlir. “Şəbəkə” romanı ilə “uzun siyahı”da olmuş Əziz Rzazadənin ardınca “Köpək balıqları” romanı “10-luğa” düşməyən yazıçı Aslan Quliyev də MKM ekspertlərinə qarşı çıxdı.

“Azərbaycanda keçirilən müsabiqələrə həmişə öz etirazımı bildirmişəm. Mən əvvəlcə öz yazımı sayta yerləşdirirəm ki, oxucular ona qiymət versinlər. Özüm MKM-ə qatılmış cəmi 3-4 müəllifin əsərini oxumuşam. Oxumadığım əsərə necə qiymət verə bilərəm?! Bu ədalətsizlikdi axı! Məncə, “10-luğ”a keçməmişdən əvvəl “uzun siyahıya” düşən əsərlərdən heç olmasa bir fəsil ortalığa qoyulmalı və bütün qələm əhli onu müzakirə etməliydi. Əgər MKM-dəkilər düz adamdırlarsa, ekspert ballarını açıqlayardılar. Niyə indiyə qədər bircə dəfə də olsa ekspertlərin ballarını açıqlamayıblar. Öz romanımın bir hissəsini “Azadlıq Radiosu”na təqdim etmişəm. Qoy oxucular oxuyub qiymət versinlər. Onlar MKM ekspertlərindən qat-qat ədalətlidirlər”, – deyə Aslan Quliyev Modern.az-a bildirib.

 

MKM “10-luğ”una düşməyən əsərlər siyahısı: 

Aliq Məmmədov. "Hekayələr"
Aqşin Cəfərov. "Cızma-ağ"
Aslan Quliyev. "Köpək balıqları"
Əlabbas Bağırov. "İkinci oğul"
Əziz Rzazadə. "Şəbəkə"
Eyvaz Zeynalov. "Qisas"
Sahilə İbrahimova. "Yuxarı və aşağı ətraflar"
Natella Osmanlı. "Fudziyama s klyushkami"
Rauf Canıbəyov. "Tantsı vo sne"
Famil Məmmədov. "Familnaya tragediya"  

 

Elmin Nuri

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək