Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında sıx əlaqələrin yaranmasına xidmət edəcək. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə NATO-nun İrəvanda keçirilən 73-ü “Rouz Rot” seminarında çıxış edən LİNEKS təşkilatının Britaniya Fondunun dirketoru Denis Samut bildirib. Onun sözlərinə görə, Cənubi Qafqazın 3 ölkəsi demokratikləşmənin mürəkkəb və uzun yolunu keçməlidir. O, qeyd edib ki, hər 3 ölkə tezlikə AB-nin bu prosesdə rolunun artmasına əmin olacaq. Smut bildirib ki, Cənubi Qafqaz ölkələri müstəqil surətdə demokratiya yolu keçə bilməzlər, Avropa bu məsələdə onlara kömək etməlidir. Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan Smut qeyd edib ki, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında əlaqələr gücləndirilməlidir. Onun fikncə, bu, çox mənada problemin həllinə xidmət edəcək.