Modern.az

Mağazada pulqabılar oğurlandı - MƏBLƏĞ

Mağazada pulqabılar oğurlandı - MƏBLƏĞ

Hadisə

4 Oktyabr 2022, 11:08

Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Lökbatan qəsəbəsi ərazisində bir mağazadan 583 manat pul, digər mağazadan isə satıcının içərisində 1124 manatı olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Səbinə Ağayeva müəyyən olunaraq saxlanılıb. 


Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə rayon ərazisindəki marketlərin birində Bakı şəhər sakini olan bir qadının içərisində 1300 manat olan cüzdanını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Məzahir Cəfərov müəyyən olunaraq saxlanılıb. 


Hər iki faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir