Modern.az

İlhamə Quliyeva oğlunun toyunda jurnalistlərə qadağa qoydu - FOTO

İlhamə Quliyeva oğlunun toyunda jurnalistlərə qadağa qoydu - FOTO

Mədəni̇yyət

17 Aprel 2013, 14:57

Xalq artisti İlhamə Quliyeva oğlunun toyuna hazırlaşır. İlhamə  Quliyevanın mətbuat katibi Faiq Ələkbərlinin Modern.az-a verdiyi məlumata görə aprelin 19- da sənətçinin oğlu Orxanın toy mərasimi baş tutacaq. Ancaq KİV nümayəndələri toya buraxılmayacaq.

“Sənətkarın bu xoş gününə dövlət və hökümət nümayəndələri, səfirlər, ziyalılar, mədəniyyət və incəsənət xadimləri, bir sözlə tanınmış və nüfuzlu şəxslər dəvətlidirlər. Bildiyiniz kimi, dördüncü hakimiyyət nümayəndələrinə, yəni jurnalistlərə hər zaman böyük hörmət və rəğbətlə yanaşan İlhamə xanım Quliyeva bütün yaradıcılıq planlarını, sənət uğurlarını onlarla sevə-sevə paylaşıb. Lakin sənətkar şəxsi istəyi ilə bu ailə məclisinin qapalı şəraitdə keçirilməsini nəzərdə tutub. Bu səbəbdən dəKİV nümayəndələrinin toy mərasiminiyerindəcə işıqlandırmasına razılıq verməyib. Odur ki, toy məclisinə yalnız dəvətli qonaqlar buraxılacaqlar. Lakin mərasimdən sonrakı günlərdə toyun ən maraqlı və vacib məqamlarının əks olunduğu görüntülər (foto və video çəkilişlər)böyük məmnuniyyətlə KİV əməkdaşlarına təqdim olunacaq. Ümid edirik ki, İlhamə xanımın bu istəyi jurnalistlər tərəfindən anlayışla qarşılanacaq”.



İlhamə Quliyevanın gəlini Arifə xanım və oğlu Orxan

Şahanə RƏHİMLİ   

Whatsapp
Bizə yazın!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?