Modern.az

İstanbulda su böhranı - HƏYƏCAN TƏBİLİ çalındı

İstanbulda su böhranı - HƏYƏCAN TƏBİLİ çalındı

Aktual

20 Noyabr 2022, 11:55

İstanbul şəhərinin dörd aylıq içməli su ehtiyatı qalıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

 

Məlumata görə, ölkənin ən böyük şəhərində içməli su ehtiyatlarının azalmasına səbəb yağıntının bu il az olmasıdır.

 

Rəsmi açıqlamada bildirilib ki, hazırda İstanbuldakı su anbarlarında içməli su ehtiyatları 36.2 faizdir. Ötən il bu rəqəm 42.6 faiz olub.

 

Ankarada isə vəziyyət ürəkaçandır. Çünki illik yağıntı norması paytaxtda bu il yüksəkdir. Bu da su anbarlarında yığılan içməli suyun faizinə müsbət təsir göstərib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok