Modern.az

Çin hərəkətə keçdi: 6 ay sonra ilk yaşandı

Çin hərəkətə keçdi: 6 ay sonra ilk yaşandı

Aktual

20 Noyabr 2022, 12:06

Çində son altı ayda ilk dəfə olaraq koronavirus pandemiyasına yoluxan şəxsin ölümü qeydə alınıb.

 

Modern.az xəbər verir ki, 87 yaşlı virus daşıyıcısının ölümü Çin Səhiyyə Nazirliyini hərəkətə keçirib.

 

Son bir həftə ərzində 20 mindən çox şəxsin virusa yoluxduğu bildirilib. Gündəlik yoluxma sayı isə 2200-ü keçib.

 

Nazirlik bu gedişlə iri şəhərlərdə səyyar xəstəxanaların qurulacağını bəyan edib. Hətta yaşlı şəxslərin evdən çıxması yasaqlana bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok