Modern.az

İranda etirazçılar atəşə tutuldu - Ölən və yaralılar var

İranda etirazçılar atəşə tutuldu - Ölən və yaralılar var

Aktual

20 Noyabr 2022, 12:19

İranda kütləvi aksiyaların qarşısını almaqda çətinlik çəkən hüquq-mühafizə orqanları etirazçılara atəş açıb.

 

Modern.az xəbər verir ki, bu barədə İranın teleqram kanalları məlumat yayıb.

 

Məlumata əsasən, SEPAH üzvləri etirazları yatırmaq üçün Qərbi Azərbaycan vilayətində nümayişçilərə atəş açıb. İnsident nəticəsində ölənlərin və yaralananların olduğu bildirilir.

 

Ümumilikdə isə İrandakı aksiyalarda 400-dən çox insanın həlak olduğu deyilir. 

 

Xatırladaq ki, sentyabrın 16-da Tehranda 22 yaşlı Məsiha Əmininin əxlaq polisi tərəfindən döyülərək öldürülməsindən sonra İranın bütün şəhərlərini bürüyən kütləvi aksiyaların yatırılmasında “Bəsic” üzvləri polis və digər təhlükəsizlik qüvvələri ilə birlikdə hərəkət edib. Təşkilat üzvlərinin aksiya iştirakçılarına qarşı qəddar davranışı diqqətdən yayınmayıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok