Modern.az

Fəxrəddin Altun: "Arzularını gözlərində qoyacağıq"

Fəxrəddin Altun:

Aktual

20 Noyabr 2022, 13:46

"Terroru öz yuvasında boğacağıq və bu proses davam edəcək".

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun deyib.

 

Fəxrəddin Altun ötən gecə İraqın və Suriyanın şimalında PKK/PYD terrorçularına qarşı başlayan hərbi əməliyyatlardan danışıb:

 

"Əməliyyatlar uğurla davam edilir. Ancaq legitim terror yuvaları, hədəflər vurulur. Terrora dəstək verənlərin arzularını gözündə qoyacağıq. Terroru qaynaqlandığı yerdə, yuvalarında məhv edəcəyik".

 

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında Hərbi Hava Qüvvələrinin qırıcıları vasitəsilə “Pəncə-Qılınc” adı altında xüsusi antiterror əməliyyatı keçirib. Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlamasında deyib ki, terrorçuların sığınacaqları, bunkerləri, mağaraları, tunelləri və anbarları, terror təşkilatının qondarma qərargahı məhv edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok