Modern.az

İranda 58 uşaq ÖLDÜRÜLDÜ 

İranda 58 uşaq ÖLDÜRÜLDÜ 

Aktual

20 Noyabr 2022, 13:58

İranda etirazların ilk günündən indiyə qədər 58 uşaq öldürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

 

Məlumata görə, İran hüquq-mühafizə orqanlarının açdığı atəş nəticəsində ölənlərdən 46-ı oğlan, 12-i qızdır. Onlardan 5-i azyaşlıdır.

 

Xatırladaq ki, sentyabrın 16-da Tehranda 22 yaşlı Məsiha Əmininin əxlaq polisi tərəfindən döyülərək öldürülməsindən sonra İranın bütün şəhərlərini kütləvi aksiyalar bürüyüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok